"AzInTelecom"un əməkdaşı gənc alim adını qazanıb

"AzInTelecom"un əməkdaşı gənc alim adını qazanıb

"AzInTelecom"un İdentifikasiya və təhlükəsizlik bölməsinin rəhbəri Tamerlan Məşədihəsənli gənc alim adını qazanıb. O, Türkiyənin İstanbul Universitetində ingilis dilində “İqtisadi artımın stimullaşdırılmasında informasiya və kommunikasiya texnologiyalarının rolunun təhlili: OECD ölkələri üzrə tədqiqat” dissertasiya mövzusunu uğurla müdafiə edib.

27 yaşlı T.Məşədihəsənli, dissertasiyanın məğzi ilə bağlı bildirib ki, 2003-2019-cu illər üzrə 35 OECD ölkəsinin İKT sektorundakı məlumatlarını təhlil edərək iqtisadi artıma təsirini araşdırıb.

Qeyd edək ki, T.Məşədihəsənli 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, 2017-2019-cu illərdə Türkiyəin Marmara Universitetində magistr təhsili alıb. 2019-cu ildə İstanbul Universitetində doktorantura təhsilinə başlayıb. Həmin il paralel olaraq AzInTelecom MMC-də mütəxəssis kimi fəaliyyətə başlayıb. SİMA yeni nəsil rəqəmsal imzanın yaradılmasında müstəsna xidmətləri olub. Hazırda şirkətdə İdentifikasiya və təhlükəsizlik bölməsinin rəhbəri olaraq çalışır.

Xatırladaq ki, 30 yaşına qədər doktorluq dissertasiyasını müdafiə edən şəxslər Azərbaycanda gənc alim hesab olunur.