Bakı Fond Birjası ilə ADA Universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Bakı Fond Birjası ilə ADA Universiteti arasında memorandum imzalanıb

Martın 29-da Bakı Fond Birjası (BFB) ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb.

BusinessTime xəbər verir ki, sənədə BFB rəsmilərinin ADA-ya səfəri çərçivəsində imza atılıb.

Məlumatda deyilir ki, memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.

bundan əlavə BFB nümayəndə heyəti tərəfindən ADA Universitetində təhsilalan tələbələr üçün təqdimat keçirilib. Təqdimat zamanıBakı Fond Birjasının fəaliyyəti, təklif edilən məhsul və xidmətlər, Azərbaycanın kapital bazarı və onun inkişafı perspektivləri haqqında tələbələrə məlumatlar verilib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin Bakı Fond Birjasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, iş yeri və gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.