Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 84,02 ABŞ dolları təşkil edib.

Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,38 ABŞ dolları yaxud 0,42 % geriləmək deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 77,89 ABŞ dollarına satılıb.

Yazar