Cari ildə AÇG-dən əldə olunan gəlir açıqlanıb

Cari ildə AÇG-dən əldə olunan gəlir açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-avqust ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 9,6 faiz azalıb.

BusinessTime Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından bu ilin əvvəlindən sentyabrın 1-i tarixinə 4 milyard 271,6 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 728 milyon dollar gəlir əldə edilmişdi.