Suyun düzgün idarə edilməsi olduqca əhəmiyyətlidir

Suyun düzgün idarə edilməsi olduqca əhəmiyyətlidir

Planetimizdə baş verən qlobal istiləşmə kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Suyun düzgün formada idarə edilməsi olduqca əhəmiyyətlidir. Bu prosesi nəzərə alaraq, kənd təsərrüfatı sahəsində yeni texnologiyaların və innovasiya proqramlarının tətbiqi zəruridir.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən Aqrar İnnovasiyalar Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan hökuməti bu sahənin inkişafı üçün innovasiyaların tətbiqini dəstəkləyir. Bu istiqamətdə fermerlərlə görüşlər keçirilir və onların xarici həmkarları ilə əlaqə qurmaları üçün imkanlar yaradılır. İnnovasiyaların tətbiqi məhsuldarlığın artmasına, fermerlərin daha çox qazanc əldə etməsinə şərait yaradır ki, bu da ümumilikdə iqtisadi inkişafa təkan verir.

Nazir diqqətə çatdırıb ki, qlobal istiləşmə su mənbələrinin də azalmasına səbəb olub. Azərbaycanda bu gün istifadə olunan suvarma sistemlərinin təxminən 5 faizi idarəolunandır ki, bu da çox azdır. Əsas hədəflərimizdən biri bunun miqyasını genişləndirməkdir.

BusinessTime