"Bakcell" Sabir Rüstəmxanlının partiyasını məhkəməyə verdi

"Bakcell" Sabir Rüstəmxanlının partiyasını məhkəməyə verdi

"Bakcell" Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) məhkəməyə verib.

BusinessTime xəbər verir ki, şirkət partiya barəsində Səbail Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

İddia hakim İlkin Rüstəmlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, VHP-nin sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır.