Rəşad İbrahimovun rəhbərlik etdiyi mağazalar şəbəkəsinə protokol yazıldı - İstehlakçı aldadılıb
"Araz Supermarket" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın icraatındadır.
Qeyd: Qanuni təmsilçisi İbrahimov Rəşad Arif oğlu olan "Araz Supermarket" MMC tanınmış iş adamı Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.