"Bakı Fond Birjası"nın dövriyyəsi 19 % azalıb
Bu il yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 milyard 637,301 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,8 % azalaraq 5 534 olub.
BFB-nin dövriyyəsinin 54,8 %-i, yaxud 4 milyard 735,371 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 19,4 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,3 dəfə artaraq 621,05 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 27,7 % azalaraq 3 milyard 280,879 milyon manat olub.
Report