Kapital Bank kredit faizini endirdi!

Kapital Bank kredit faizini endirdi!

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda ən sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 30 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 30%, Kapital Bank-ın partnyor şirkətlərində isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Eyni zamanda dövlət ipotekası kimi illik 8%-lə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

BusinessTime