Bakı Hövsan Beynəlxalq Dəniz Limanı borca düşüb
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin dövlət qarşısında vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9695.65 manat vergi borcu mövcuddur.
Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır. ASC-nin direktoru Emin Tofiq oğlu Vəliyevdir.

