Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayıb
Bakı 26 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 26 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
7 yanvar 2026-cı il tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar Bakı 26 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Bakı 26 saylı mediasiya təşkilatının məlumatları:
Direktor: Qasımzadə Ramil Çingiz oğlu
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusubov küçəsi, ev 20, mənzil 3
Email: [email protected]
elefon: +994 (51) 333 34 48

