Dünyada ən çox bahalaşan mallar açıqlandı

Dünyada ən çox bahalaşan mallar açıqlandı

May ayının nəticələrinə görə, investorlar üçün ən çox gəlir gətirən mallar kakao paxlası və platin olub.

Bu barədə "RİA Novosti" agentliyi "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasının məlumatlarına istinadən yazır.

Şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% artıb. Digər məhsullardan ən çox portağal suyu 8%, həmçinin düyü və yulafın qiyməti 2,9% yüksəlib.

Metallar arasında platin 9,2% bahalaşaraq, ən böyük artım göstərib. Qalay (+5,2%) və mis (+3,1%) də bahalaşıb. Qızılda bahalaşma 2,9% təşkil edib.

Energetika sektorunda 8,2%-lə ən çox kömür bahalaşıb. Avropada qaz 5,5%, uran isə 5,4% bahalaşıb.