Bakıda “Stadler” qatarında tüstülənmə olub

Fevralın 26-sı saat 13:45 radələrində Bakı sərnişin stansiyada “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Bu barədə BusinessTime "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. 

Qısaqapanma nəticəsində qatarın damında tüstülənmə müşahidə olunub.
Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb. 
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb.Hadisə nəticəsində xəsarət alan yoxdur.