“BakuBus”ın avtobuslarında pulsuz WiFi olacaq

“BakuBus”ın avtobuslarında pulsuz WiFi olacaq

“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub.

Cəmiyyət tərəfindən bu istiqamətdə aparılan testlər uğurla başa çatıb və sərnişinlər aprelin 30-dan bu xidmətdən yararlana biləcəklər.

“BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.+

Report