"Li Auto" Çində 100 avtosalonunu bağlayacaq
"Li Auto" ("Lixiang") Çindəki diler şəbəkəsini təkmilləşdirmək məqsədilə təxminən 100 salon və pərakəndə satış məntəqəsini bağlamağı planlaşdırır.
Oxu.Az "CarNewsChina"ya istinadən xəbər verir ki, bu qərar 2025-ci il üçün satış hədəflərinə çatmayan şirkətin əməliyyat xərclərini azaltmaq məqsədini daşıyır.
Məlumata görə, "Lixiang" avtomobilləri Çində təxminən 900 pərakəndə satış məntəqəsi vasitəsilə satılır ki, bunlardan 548-i şirkətin özü tərəfindən idarə olunur.
Keçən il "Li Auto" təxminən 406 000 avtomobil satıb ki, bu da satış planının yalnız 63%-i deməkdir.

