“Bank of Baku” ötən il qiymətli kağızların satışından 136.07 min manat zərər edib
“Bank of Baku” 2025-ci ildə qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən 136.07 min manat zərər edib.
Teleqraf xəbər verir ki, bankın qiymətli kağızlar üzrə ödədiyi faiz ödənişləri 78,7 dəfə artaraq 1 milyon 818.74 min manat təşkil edib (2024-cü ildə - 23.11 min manat).
Ötən il maliyyə qurumunun faiz xərclərində artım müşahidə olunub. Belə ki, bank dövr ərzində 71 milyon 785.09 min manat məbləğində faiz ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 758.56 min manat və ya 75% çoxdur.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər artaraq 28,5 1 milyon 522.98 min manat təşkil edib. Bankın qeyri-faiz xərcləri isə 57,4% artaraq 21 milyon 134.60 min manat olub.
“Bank of Baku”nun öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 198 milyon 126.44 min manat və ya 25,45% artaraq 976 milyon 705.04 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 778 milyon 578.60 min manat idi.
Hesabat ilində bankın cari vergi öhdəlikləri 18,68% artaraq 18 milyon 77.11 min manata çatıb. 2024-cü ildə bu göstərici 15 milyon 232.52 min manat olub.
Bankın kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 13%-ə yaxın artaraq 140 milyon 568.05 min manata yüksəlib (2024-cü ildə - 124 milyon 425.58).
2025-ci ildə “Bank of Baku”nun borc qiymətli kağızları 20 milyon manat təşkil edib. 2024-cü ildə bankın bu cür investisiyası olmayıb.

