Bayden Trampdan bunu xahiş edəcək

Bayden Trampdan bunu xahiş edəcək

ABŞ Prezidenti Co Bayden seçkilərdə qalib gəlmiş Donald Trampla Ağ Evdə keçiriləcək görüş zamanı Ukraynaya hərbi yardımı davam etdirməsini xahiş edəcək.

Bu barədə "The Guardian" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Bayden hakimiyyətin keçidini müzakirə etmək üçün Trampı 13 noyabr, çərşənbə günü Oval Ofisə dəvət edib.

Gözlənilir ki, o, respublikaçı ilə ABŞ-nin Ukraynanı dəstəksiz qoymamasının vacibliyi və yardımı davam etdirməsinin səbəbləri barədə danışacaq.

Buna qədər "Huffington Post" qəzeti Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən xəbər vermişdi ki, Konqresin hər iki palatasında qələbə qazanan respublikaçılar, yaxın zamanlarda Ukraynaya yardım məsələlərini və müvafiq paketləri müzakirə etməyi planlaşdırmır.