Qazaxıstanda rus dilinin statusu dəyişdirilir

Qazaxıstanda rus dilinin statusu dəyişdirilir

Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov yeni konstitusiya layihəsində rus dilinin statusu ilə bağlı dəyişikliklər edildiyini açıqlayıb.

Oxu.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir.

Əvvəllər konstitusiya layihəsinin 9-cu maddəsində rus dilinin dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə bərabər şəkildə rəsmi istifadə olunduğu göstərilirdi.

İndi isə Nurmuxanovun bildirdiyinə görə, "bərabər" sözü "yanaşı" ilə əvəz olunub. Onun sözlərinə görə, dəyişikliklər yalnız redaksiya və üslub xarakteri daşıyır.

Qeyd edək ki, konstitusiya islahatı üzrə komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 21 yanvar tarixli sərəncamı ilə yaradılıb.