Benzin və dizel satışından nə qədər gəlir əldə olunub? - STATİSTİKA

Benzin və dizel satışından nə qədər gəlir əldə olunub?

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 449,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 10 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,3 faiz gəlir əldə edilib.