Beş ayda İran Azərbaycandan 3,1 milyon dollarlıq təbii qaz alıb

Beş ayda İran Azərbaycandan 3,1 milyon dollarlıq təbii qaz alıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

BusinessTime xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.

Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz halında) idxal və ixracı qeydə alınmayıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və yaxud 5,2% azalıb.