“Birlink” çöküb - İkinci gündür ki, provayder “susur”

“Birlink” çöküb

Azərbaycanda ümumilikdə internetin bərbad vəziyyətdə olması bir yana, ayrı-ayrı özəl hesab edilən provayderlərin də fəaliyyəti, xidmət səviyyəsi yumşaq desək, faciəli vəziyyətdədir.

"BusinessTime" “AzPolitika”ya istinadən xəbər verir ki, dünən səhər saatlarından etibarən “Birlink” faktiki olaraq, çöküb. Şirkətin müştərisi olan vətəndaşlardan çoxsaylı şikayətlər daxil olur. 

Bildirilir ki, dünən səhərdən internet yoxa çıxıb. Nə “1199” “qaynar xətt”i, nə də 0125991199 nömrəsi zənglərə cavab vermir. Şirkət bu müddət ərzində nə müştərilərin müraciətlərinə cavab verir, nə də hər hansı bir rəsmi izahatla çıxış edir. Bizim də “Birlink”-lə əlaqə saxlamaq cəhdlərimiz heç bir nəticə vermədi.

Müştərilərinə qarşı “yüksək mədəniyyət və xidmət nümunəsi” göstərən bu provayderin nə zaman “özünə gələcəyi” və fəaliyyətini bərpa edəcəyi bilinmir.