Xiaomi 12 Series - qiymətlər və özəlliklər

Xiaomi 12 Series - qiymətlər və özəlliklər

Qabaqcıl süni intellekt texnologiyaları və Snapdragon mobil platformaları sizə zəngin kinematoqrafiya təcrübəsi verməklə yanaşı, yeni Xiaomi flaqmanlarının səs keyfiyyətindən tam həzz almaq imkanı verir.

Xiaomi şirkəti bu gün dünya bazarında Xiaomi 12-nin tamamilə yeni flaqman seriyalarının təqdimatını elan etdi. Buraya üç inqilabi cihaz daxildir: Xiaomi 12 Pro, Xiaomi 12 və Xiaomi 12X.

Xiaomi 12 seriyası bütün dünyada istifadəçilərə videoçəkilişlərin yeni xüsusiyyətləri və yeni flaqmanların güclü əyləncə mərkəzi ilə tanış olmaq imkanı vermək üçün hazırlanıb. Telefonlar Xiaomi-nin süni intellekt alqoritmindəki təsirli nailiyyətlərini, flaqman gücünü və şirkətin tərtibatçılarının hərtərəfli təcrübəsini əks etdirir.

İstənilən vaxt kinematoqrafik kadrlar çəkin

Xiaomi 12 Series çətin işıqlandırma şəraiti və ya hərəkət edən obyektlər kimi ssenarilərdən asılı olmayaraq istifadəçilərə studiya keyfiyyətli kadrlar çəkməyə imkan verir. Hər üç telefon universal çəkiliş üçün yüksək səviyyəli üçlü kameraya malik olmaları ilə öyünə bilər. Burada baş rolu isə Xiaomi 12 Pro və Xiaomi 12-də də olduğu kimi 8K qeyd qabiliyyətinə malik 50 MP-lik genişbucaqlı əsas kamera oynayır.

Xiaomi 12 Pro, Sony IMX707 əsas fotosensoru ilə təchiz edilmiş ən müasir üçlü 50 meqapiksellik kamerası ilə seçilir. Bu kamera böyük miqdarda işığı tutmağa və daha sürətli fokuslanma və yüksək dəqiqliklə rəng ötürülməsi ilə təsvirin emal imkanlarını genişləndirmək imkanına malikdir. Xiaomi 12 və Xiaomi 12X 13 meqapiksellik çox geniş bucaqlı kamera ilə yanaşı, həyatınızın ən maraqlı məqamlarını istənilən bucaqdan çəkmək üçün 5 meqapiksellik telemakro-kamera ilə təchiz olunublar.

Təsirli avadanlıqla təchiz olunmaqla yanaşı, Xiaomi 12 Pro və Xiaomi 12-də Xiaomi-nin süni intellekt alqoritmləri təkmilləşdirilib. Bu yeniliklər istifadəçilərin hətta az işıqda və ya hərəkət edərkən belə hər anı istədikləri kimi çəkmələrini həmişəkindən daha asanlaşdırır.

Xiaomi Pro Focus ağıllı şəkildə obyektləri müəyyənləşdirir və izləyir, hərəkət edən və ya kiçik obyektlərin bulanıq çıxmasının və ya fokuslanmamasının qarşısını alır. Bu yeniliklərə avtomatik olaraq gözlərə və üzə fokuslanma qabiliyyəti də daxildir. Ultra Night Video hətta çox zəif işıqda belə videoçəkiliş aparmaq üçün Xiaomi-nin patentləşdirilmiş alqoritmlərindən istifadə edir. Bu o deməkdir ki, tünd, lakin atmosfer kadrları həmişəkindən daha dəqiq olacaq.

Hər üç cihazda mövcud olan One-click AI Cinema heyrətamiz video montajı üçün çoxsaylı yaradıcı seçimlər təklif edir. Parallel World, Freeze Frame Video və Magic Zoom rejimləri kimi.

Professional emal, üstün məhsuldarlıq və enerji səmərəliliyi

Flaqman təcrübəsi qabaqcıl məhsuldarlıq tələb edir. Flaqman seriyasından olan Xiaomi 12 qabaqcıl Qualcomm Snapdragon TM mobil platformaları ilə təchiz edilmişdir. Xiaomi 12 Pro və Xiaomi 12 Qualcomm-un ən qabaqcıl mobil platforması olan Snapdragon® 8 Gen 1 prosessoru ilə təchiz edilmişdir. O, 4-nm texproses üzərində qurulmaqla yanaşı, qrafik prosessorunu 30%, enerji səmərəliliyini isə 25% sürətləndirməklə renderinq (üçölçülü qrafika yaratmaq) imkanlarını artırır (əvvəlki nəsillə müqayisədə).
Bu arada, Xiaomi 12X fasiləsiz istifadə üçün flaqman 5G prosessoru - Snapdragon® 870 ilə təchiz olunub. Hər üç cihaz məlumatları sürətli şəkildə yükləməyə və ötürməyə imkan verən UFS 3.1, həmçinin 6400 Mbit/s-ə qədər sürətə malik LPDDR5 operativ yaddaşa malikdir.

Optimal smartfon istifadəsi üçün Xiaomi 12 Series yüksək məhsuldarlı soyutma sistemi, güclü aparat platforması və çox sürətli şarjla təchiz edilmişdir.

Oyun prosesi heç vaxt bu qədər əyləncəli olmamışdı

Xiaomi 12 Series istifadəçilərə hər anı ən xırda detalına qədər çəkməyə imkan verməklə yanaşı, həm də sözün əsl mənasında onları təkrar-təkrar yaşamağa imkan verir.

Hər üç cihaz True Color dəstəyi ilə Display Mate A+ reytinqli AMOLED displeydə canlı rənglərin ötürülməsini təmin edir. Əlavə təhlükəsizlik üçün displey cızıqlara davamlı Corning® Gorilla® Glass Victus®-a malikdir və məzmunu canlı rənglər və detallarla dolduran sənayedə aparıcı təsvir texnologiyası olan Dolby Vision®-u dəstəkləyir. Xiaomi 12 Series həmçinin HDR 10+ dəstəkləyir. Xiaomi 12 Pro SGS Eye Care Display tərəfindən sertifikatlaşdırılıb və bununla da istifadəçilərin gözlərinin sağlamlığına qayğı ilə yanaşdığını göstərir.

Bununla yanaşı, Xiaomi 12 Pro genişləndirilmiş yeniləmə tezliyi diapazonu dəstəyi ilə flaqman displeyini yenidən müəyyən edir. Cihazın yüksək məhsuldarlığa malik 6,73" WQHD+ displeyi 1 Hz-dən 120 Hz-ə qədər olan diapazonda (məzmundan asılı olaraq) LTPO dinamik təsvirləri ağıllı şəkildə tənzimləmək üçün Adaptive Sync Pro-nu dəstəkləyir.

Xiaomi 12 və Xiaomi 12X 68 milyarddan çox rənglə Xiaomi smartfonlar xəttində bu günə qədər ən parlaq Full HD+ dəstəkli 6,28 düymlük displeylə təchiz edilib. Hər iki cihaz təsvirlərin keyfiyyətini artırmaq üçün 120 Hz tezliyə malik Adaptive Sync-ə malikdir.

Peşəkar səs olmadan heç bir kinematoqrafiya təcrübəsi tam olmayacaq. Xiaomi 12 seriyası Harman/Kardon stereo dinamikləri ilə təchiz olunub. Onlar Dolby Atmos®-in bazasında həcmli səs yaradırlar, bununla da təsirli bas ilə balanslaşdırılmış səsi təmin edirlər. Xiaomi 12 Pro-nun dörd dinamiki hətta ən zəif eşidilən notları səsləndirir və heyrətamiz səs diapazonunu əhatə edir. Xiaomi 12 və Xiaomi 12X sevimli oyunlarınız və ya videolarınız üçün mükəmməl balanslaşdırılmış stereosəs təqdim edir.

İstifadəçi ilə qarşılıqlı əlaqəni daha da optimallaşdırmaq üçün Xiaomi 12 Series-ə dünyada ilk olaraq bu ilin əvvəlində buraxılmış MIUI 13 firma interfeysi daxildir. Yeniləməyə daha da optimallaşdırılmış yaddaş, daha səmərəli fon prosesləri, daha intellektual emal və daha uzun batareya ömrü daxildir. Yenilənmiş interfeysdə yeni funksiyalar sırasında patentləşdirilmiş Xiaomi Liquid Storage, Atomized Memory, Focused Algorithms və Smart Balance-ı qeyd edə bilərik.

Yeni nəsil şarj cihazı

Xiaomi 12 Series-in istifadəçiyə gün ərzində peşəkar səviyyədə kinematoqrafiya və əyləncə təcrübəsi təqdim edəcəyinə zəmanət verməsi üçün cihazın şarj sürəti artırılıb, təhlükəsizliyi isə yeni səviyyəyə qaldırılıb.

Xiaomi 12 Pro 120 Vt gücündə inanılmaz sürətli Xiaomi Hyper Charge texnologiyası ilə təchiz edilmişdir. Boost rejimində cəmi 18 dəqiqə ərzində tam şarj edilə bilən 4600 mAh batareya ilə Xiaomi 12 Pro istifadəçi tələblərinə cavab verən yeni nəsil şarj etmə imkanlarına malikdir.

Xiaomi 12 və Xiaomi 12X 4500 mAh batareyaları kompakt korpusda yerləşir. Hər iki cihaz sürətli işə salınması üçün 67 Vt gücündə simli turbo şarj funksiyasını dəstəkləyir. Xiaomi 12 Pro və Xiaomi 12 həmçinin 50 Vt gücündə simsiz şarj funksiyasını və 10 Vt-a qədər gücə malik ehtiyat şarj funksiyasını da dəstəkləyir.

Xiaomi 12 Pro və Xiaomi 12 şarj etmə vərdişlərini öyrənən və buna uyğunlaşan, beləliklə də batareyanın ömrünü uzadan ağıllı alqoritmən - Xiaomi Adaptive Charge-dən istifadə edir.

Ən məşhur dizaynda flaqman imkanları

Bu portativ cib studiyaları Xiaomi 12 Series-in ən məşhur və istifadəçiyə yönəlmiş dizaynı sayəsində ovucunuzun içinə rahatlıqla yerləşir. Yüksək tutumlu daha incə batareyalar cihazın içərisində qiymətli yerə qənaət edir. Xiaomi 12 Pro-nun 6,73 düymlük displeyi mürəkkəb üç ölçülü əyriləri olan hamar orta çərçivəyə yerləşdirilib. Bununla belə, Xiaomi 12 və Xiaomi 12X-in 6,28 düymlük displeyi cəmi 69,9 mm genişlikdədir və əlinizdə mükəmməl yerləşməsi üçün hamar əyriləri var. Hər üç cihaz boz, bənövşəyi və mavi rənglərdə mövcuddur.

YouTube Premium bütün istifadəçilər üçün pulsuzdur

Xiaomi 12 Series müştəriləri YouTube Premium-a üç aya qədər pulsuz giriş əldə edəcəklər. Mümkün olan yerlərdə istifadəçilərə ən yaxşı məzmuna reklamsız oflayn daxil olmaq imkanı veriləcək. Üstünlüklərə YouTube Music Premium abunəliyi də daxildir. Bunun sayəsində istifadəçilər 80 milyondan çox rəsmi mahnıları, həmçinin canlı ifaları və remiksləri limitsiz və reklamsız dinləyə bilərlər.

Yeni Xiaomi 12 Series smartfonlarının qiymətləri

• Xiaomi 12 Pro iki variantda mövcuddur: 8 Gb + 256 Gb, 12 Gb + 256 Gb. 999 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
• Xiaomi 12 üç variantda təqdim olunur: 8 Gb + 128 Gb, 8 Gb + 256 Gb, 12GB + 256 Gb. 749 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
• Xiaomi 12X iki variantda təqdim olunur: 8 Gb + 128 Gb, 8 Gb + 256 Gb. 649 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

BusinessTime