Bu ayın peniyası nə vaxt ödənəcək? - Tarix açıqlandı
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödəniləcəyi tarix məlum olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyaları iyulun 11-də köçürüləcək.
O da bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

