Bu il yeni nəsil NKA-lar ilə dövriyyə artıb

Bu il yeni nəsil NKA-lar ilə dövriyyə artıb

Bu il yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə (NKA) qeydə alınan dövriyyə 16,2 faiz artıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 111 min 383 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2 faiz çoxdur.