Bu küçələr əsaslı təmir edildi

Bu küçələr əsaslı təmir edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunda 1 230 metr uzunluğa malik Əliəşrəf Əlizadə və uzunluğu 340 metr təşkil edən Tələt Şıxəliyev küçələrini əsaslı təmir edib.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ortalama eni 9 metr olan Əliəşrəf Əlizadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5 602 kvadratmetr sahədə bərpa olunub, 2 827 p/m yeni səki daşları düzülüb, küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Eni 7 metr təşkil edən Tələt Şıxəliyev küçəsində 898 p/m yeni səki daşları düzülüb, 460 kvadratmetr sahədə piyada səkiləri bərpa olunub. Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.

Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.