Büdcəli Skoda Slavia yeniləndi: yeni ekranlar, masaj funksiyası və 8 pilləli avtomat

Büdcəli Skoda Slavia yeniləndi:

Skoda şirkəti Hindistan bazarı üçün nəzərdə tutulan büdcəli Slavia sedanının yenilənmiş versiyasını təqdim edib. Model həm eksteryerdə, həm də salonda dəyişikliklər əldə edib və avadanlıq siyahısı genişləndirilib.

Restaylinqdən sonra Slavia yeni dizaynlı ön hissə, yenilənmiş işıqlandırma elementləri və digər xarici detallarla fərqlənir. Salonda isə daha müasir multimedia və rəqəmsal ekranlar, eləcə də oturacaqlar üçün masaj funksiyası təklif olunur.

Mühərrik çeşidində dəyişiklik baş verməyib. Sedan əvvəlki kimi 1,0 litrlik üçsilindrli və 1,5 litrlik dördsilindrli turbo-benzin mühərriklərlə təklif edilir. Əsas yenilik 1,0 TSI mühərrikli versiyaya aiddir: əvvəlki 6 pilləli avtomatik transmissiyanın yerinə 8 pilləli avtomat quraşdırılıb.