Rusiya avtomobil bazarı avqustda: Ümumi eniş, Mazda və Toyota-da artım, CX-5 isə yenidən TOP-10-da
Avqust ayında Rusiya avtomobil bazarında mənfi dinamika müşahidə olunsa da, ardıcıl altı aydır ki, yeni minik avtomobillərinin satışı 100 min ədəd səviyyəsindən yuxarı qalmaqdadır.
"Avtostat" analitik agentliyinin təzə statistik məlumatlarına əsasən, 2026-cı ilin son yay ayında Rusiyada 114 285 ədəd yeni minik avtomobili satılıb ki, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 6,5% azdır. Rusiya avtomobil bazarı son yeddi ayda ilk dəfə mənfi dinamika göstərib, lakin mart ayından etibarən aylıq satış göstəricisi 100 min ədəd həddini keçməkdə davam edir.
Qeyd edək ki, "Avtostat" məlumatları Rusiyada yeni avtomobillərin dövlət qeydiyyatı əsasında formalaşdırır, bu səbəbdən agentliyin hesabatlarına paralel idxal sxemi ilə ölkəyə gətirilən avtomobillər də daxil edilir.


