Çində Freelander 8 krossoverinin istehsalına start verilib

Çində Freelander 8 krossoverinin istehsalına start verilib

Çində fəaliyyət göstərən Chery Jaguar Land Rover (CJLR) birgə müəssisəsi yeni Freelander subbrendinin ilk modeli olan Freelander 8 krossoverini bazara çıxarmağa hazırlaşır.

Üç sıra oturacaqla təchiz olunan model plug-in hibrid güc qurğusuna malik iri krossoverdir.

Freelander 8-in rəsmi təqdimatı 10 avqust tarixində keçiriləcək. Həmin gün avtomobil üçün ilkin sifarişlərin qəbuluna da başlanılacaq.

Şirkət yeni modelin təkcə Çin bazarında deyil, beynəlxalq bazarlarda da satışa çıxarılmasını planlaşdırır.