“ADA” Universiteti yarım milyon manatlıq avadanlıq alır
“ADA” Universiteti İP telefoniya sistemləri üçün avadanlıqların alınmasına yarım milyon manatdan çox vəsait xərcləməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, müsabiqə “Cisco” İP telefoniya sistemi üçün telefon aparatlarının, server avadanlıqlarının, avadanlıqların quraşdırılması xidmətlərinin və digər əlaqəli malların satın alınmasını nəzərdə tutur.
Satınalmanın ehtimal olunan qiyməti 539 min 987 manat təşkil edir.
Müsabiqədə 26 oktyabr 2026-cı il tarixinədək davam edəcək.


