"Danone"nin gəliri azaldı
Fransanın qida və içki istehsalçısı "Danone" şirkətinin gəlirləri bu ilin birinci rübündə 2% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Yanvar-mart aylarında "Danone" şirkətinin gəliri 6,84 milyard avrodan 6,71 milyard avroya enib.
Fiziki ifadədə satış həcmi 1,5%, qiymətlər isə 1,2% artıb.
"Danone", bu il satışların 3-5% artacağını proqnozlaşdırır.
Əlavə edək ki, bu ilin əvvəlindən bəri şirkətin kapitallaşması 12% azalıb.


