Dohadan Dublinə uçan təyyarə hava boşluğuna düşüb
Dohadan Dublinə uçan təyyarənin hava boşluğuna düşməsi nəticəsində 12 nəfər yaralanıb.
“Qatar Airways”in Dohadan Dublinə uçan təyyarəsində 6 sərnişin və 6 ekipaj üzvü Türkiyə üzərində yaranan hava boşluğu nəticəsində xəsarət alıb.
Hava limanından verilən açıqlamada xəsarət alanlardan 8-nin xəstəxanaya aparıldığı bildirilib.
Qeyd edək ki, bir neçə həftə öncə də Londonun Hitrou hava limanından Sinqapura uçan təyyarənin güclü hava boşluğuna düşməsi nəticəsində bir nəfər ölmüş, 30-a yaxın insan yaralanmışdı.