Dünya Alpaqut Federasiyası TAFISA-da 

Dünya Alpaqut Federasiyası TAFISA-da 

 Almaniyanın Düsseldörf şəhərində İdman Hamı Üçün  Beynəlxalq Assosiasiyası TAFISA Konqresinin açılış mərasimi keçirilib.
 
Azərbaycan ilk dəfə Dünya Alpaqut Federasiyasının iştirakı ilə orada təmsil olunub. Deleqasiyaya rəhbərlik edən Fərid Əlizadə, açılış mərasimindən sonra TAFISA-nın Prezidenti ilə bir araya gəlib. Müəyyən məsələlər üzrə müzakirələr aparılıb. Fərid Əlizadə ölkəmiz və DAF rəhbərliyi adından TAFISA rəhbərliyinə dəvətləri üçün dərin minnətdarlıq bildirib.
 
Açılış mərasimində bir sıra məsələlərə toxunulub. O cümlədən hazırda müharibə şəraitində olan ölkələrdə idmanın inkişafının mümkün qədər dayanmaması, dünyadakı qlobal istilik meyarlarına dəstək, 2030-cu ilədək dünya nüfuzunun artması və s. başlıqlar haqqında ciddi proqramlardan bəhs edilib.
 
TAFISA-nın Vitse Prezidenti Katerin Forde bildirib ki, iki il sonra yüksək sürətli inkişafa diqqət yetirənlər şok olacaqlar. O xüsusən 2030 agendasına da diqqət çəkib. Bütün hədəfim 2030-dur deyə bildirib.
 
Beynəlxalq #Olimpiya Komitəsinin üzvü və Slovakiya Olimpiya Komitəsinin müavini, Danka Bartekova isə bildirib ki, 2024 Paris Olimiya oyunları Karbon neytral oyunları olaraq tarixə düşəcək. Bu qlobal istiliyin azaldılmasına köməkçi vasitədir. - deyə əlavə edib.
 
Sonra başqa qonaqlar da fikirlərini əsasən bu istiqamətdə bildiriblər.
 
Hazırda tədbir ayrı-ayrı mövzular altında şaxələnmiş şəkildə davam edir və iştirakçılar tədbirdən xeyli razı qaldıqlarını bildiriblər.
 
Noyabrın 1-i axşam keçirilən Regional Görüşlər başlıqlı tədbirdə isə Avropa qitəsinin görüşündə Azərbaycanı təmsil edən Fərid Əlizadə çıxış edib. O, ölkəmiz və Dünya Alpaqut Federasiyası haqqında genuş məlumat verib. Əsasən qərbi Avropalıların çoxluq təşkil etdiyi tədbirdə insanlar Azərbaycan və ölkəmizdəki idmanın inkişafı haqqında geniş bilgiyə sahib olublar. Onlar öz əlaqə kartlarını təqdim edib əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.