Dünya Bankı neft qiymətləri ilə bağlı PROQNOZ verdi

Dünya Bankı neft qiymətləri ilə bağlı

Dünya Bankı Yaxın Şərqdə münaqişənin kəskinləşəcəyi təqdirdə neft qiymətinin bu ilin sonunda 92 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

Bu barədə bankın oktyabr ayı üzrə “Əmtəə bazarlarının perspektivləri” hesabatında deyilir.

Məlumata görə, münaqişənin inkişafı qlobal neft bazarında təklifin 2% azalmasına səbəb olarsa, o zaman vəziyyət 2003-cü ildə İraqda və 2011-ci ildə Liviyada baş vermiş münaqişələrin nəticələrinə bənzəyəcək.

Dünya Bankı hesab edir ki, münaqişədən təsirlənməyən neft hasil edən ölkələr qiymət artımına tez reaksiya verə və hasilatı artıra biləcəklər. Nəticədə qiymət artımı uzun sürməyəcək və 2025-ci ildə bir barel üçün 84 dollar təşkil edəcək.

Yaxın Şərqdə münaqişə qızışmasa, Dünya Bankının proqnozlarına görə, neftin qiyməti aşağı düşəcək.