Dünya birjalarında xam neft qiymətlərində ucuzlaşma qeydə alınıb
![Dünya birjalarında xam neft qiymətlərində ucuzlaşma qeydə alınıb](https://businesstime.az/uploads/images/2023/04/image_750x_6441036d3d0bb.jpg)
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 83,12 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,65 ABŞ dolları yaxud 1,95 % ucuzlaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 79,24 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 1,66 dollar/barel yaxud 2,05 % azdır.
Yazar