Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Dünya bazarında Azərbaycan nefti yenidən bahalaşıb.
BusinessTime xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,63 dollar və ya 2,95 % artaraq 91,85 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.