Dünyanın ən zəngin "YouTube" ulduzları açıqlandı

Dünyanın ən zəngin "YouTube" ulduzları açıqlandı

Dünyanın ən zəngin "YouTube" məzmun yaradıcılarının yeni reytinqi açıqlanıb. Siyahıya 2,6 milyard dollarlıq sərvəti ilə Cimmi Donaldson ("MrBeast") başçılıq edir və o, 200 milyon dollarla ikinci yerdə qərarlaşan Ceyk Polu düz 13 dəfə qabaqlayır.

Müasir yutuberlər artıq gəlirlərini sadəcə video və reklamdan deyil, qurduqları bizneslərdən əldə edirlər. Məsələn, "MrBeast"in sərvətinin əsasını 5,2 milyard dollar dəyərində qiymətləndirilən "Beast Industries" şirkəti təşkil edir. O, hazırda "Feastables" şokoladlarının satışından "YouTube"dan qazandığından daha çox gəlir əldə edir.

Reytinqin ilk beşliyini kosmetika şirkəti yaradaraq zənginləşən Ceffri Star (160 milyon dollar), eləcə də ortaq "Prime" içki brendi və media biznesləri quran Loqan Pol (150 milyon dollar) və KSI (150 milyon dollar) tamamlayır.