Elektrik enerjisi üzrə sabit tarif 1 manatı keçməyəcək

Elektrik enerjisi üzrə sabit tarif

Elektrik enerjisi üzrə sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

Bunu enrgetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının iclasında bildirib. 

"Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq", - o deyib.