Ellada Mustafayevanın vəfatından bir il ötür

Ellada Mustafayevanın vəfatından bir il ötür

Jurnalist Ellada Mustafayevanın vəfatından bir il ötür.

BusinessTime xatırladır ki, E.Mustafayeva ötən il 28 fevral tarixində xərçəng xəstəliyindən vəfat edib.

35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Daha sonra isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri vəzifəsində çalışıb.

Müxtəlif beynəlxalq layihələrdə bir sıra uğurlara imza atmışdır.

Allah rəhmət eləsin!