Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir

Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir

Əmək Məcəlləsinə yeni anlayışlar daxil edilir.

Sözügedən məsələ Milli Məclisin Regional Siyasət Komitəsinin bugünkü iclasında müzakirə edilən bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
 
Layihəyə əsasən qanunvericiliyə “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilib.
 
Belə ki, tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi yuxarıda qeyd olunan anlayışı özündə etiva edəcək.