ƏSF-in investisiya portfeli 119,6 milyon manata çatıb

ƏSF-in investisiya portfeli 119,6 milyon manata çatıb

2026-cı ilin II rübünün sonuna Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manata çatıb.

Bu barədə ƏSF-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Gününün 151 illiyi münasibətilə Şamaxıda keçirilən Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.

Onun sözlərinə görə, bununla Fondun investisiya portfelinin həcmi 2022-ci illə müqayisədə təxminən 3 dəfə artıb.

İnvestisiya portfelinin 62%-i manatla formalaşıb

Sevinc Səlimova bildirib ki, 2026-cı il iyulun 1-nə ƏSF-in investisiya portfelinin 62%-i Azərbaycan manatı, 31%-i ABŞ dolları, 7%-i isə avro ilə formalaşıb.

Hesabat dövrünün sonuna investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manat təşkil edib.

2022-ci ilin sonunda portfel 42,9 milyon manat olub

ƏSF rəsmisinin sözlərinə görə, 2022-ci ilin IV rübündə Fondun investisiya portfelinin ümumi həcmi 42,9 milyon manat təşkil edib.

Həmin vəsaitin 30 milyon manatı dövlət istiqrazlarına, 12,9 milyon manatı isə ABŞ Xəzinədarlıq notları və veksellərinə yatırılıb.