Esteo Rusiyada yenilənmiş Exlantix ET krossoverinin satışına başlayıb
Esteo Rusiyanın avtomobil bazarında yenilənmiş Exlantix ET krossoverinin satışına başlayıb. Yeni modelin tövsiyə olunan pərakəndə satış qiyməti 6 milyon 990 min rubl təşkil edir.
Esteo Rusiyanın “AGR” holdinqi və Çinin Defetoo şirkətinin birgə layihələrindən biri kimi yaradılıb. Yeni “yerli” brendin yaradılması barədə məlumat 2026-cı ilin aprel ayının sonunda açıqlanıb.
Esteo həmçinin Chery korporasiyasına məxsus Çin Exlantix subbrendini öz portfelinə daxil edib. Qeyd edək ki, Exlantix modelləri daha əvvəl Rusiya bazarında Exeed markası altında satılırdı.


