Jaguar Type 01 təqdimata hazırlaşır: modelin salonu da nümayiş olunub
Jaguar yeni Type 01 modelinin dünya premyerasına hazırlaşır. Modelin salonunun ilk görüntüləri artıq nümayiş olunub.
Yeniliyin dünya premyerası 6 oktyabr 2026-cı ildə Nyu-Yorkda keçiriləcək. Britaniya markası yeni prototipi avqustun ortalarında keçiriləcək Pebble Beach Concours d’Elegance sərgisinə də gətirməyi planlaşdırır.
Jaguar 2021-ci ildən etibarən “yenidənqurma” prosesinə başlayıb. Bu strategiyanın əsas məqsədi markanı premium seqmentdən lakşeri sinfinə keçirməkdir.


