Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı

Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı

“EGN B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700238121) ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1095, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, EGN B.V. (Equant Global Network B.V.) Niderland qanunvericiliyi ilə təsis edilmiş, mənzil-qərargahı Amsterdam şəhərində yerləşən beynəlxalq şirkətdir. Şirkət əsasən qlobal telekommunikasiya, mühəndislik və texniki məsləhət xidmətləri sahəsində fəaliyyət göstərir. (banker.az)