Elektrikli Mercedes-AMG CLA 45 Nürburqrinqdə Audi RS 3-ü geridə qoyub
Mercedes-Benz şirkəti yeni elektrikli Mercedes-AMG CLA 45 4Matic+ modelini Nürburqrinqin Şimal döngəsində (Nordschleife) sınaqdan keçirib.
Peşəkar pilot Kevin Berger avtomobillə dövrəni 7 dəqiqə 32,070 saniyəyə başa vuraraq modelin nəticəsini benzin mühərrikli Audi RS 3-dən daha yaxşı edib.
Elektrikli Mercedes-AMG CLA 45 4Matic+ modeli iyul ayında Qudvud Sürət Festivalında təqdim olunub.
Şirkətin planına əsasən, modelin satışına avqustun sonunadək başlanılacaq.


