ETX-nin mətbuat katibi işdən çıxıb

ETX-nin mətbuat katibi işdən çıxıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) sektor müdiri Ləman Hüseynzadə tutduğu vəzifədən ayrılıb.

BusinessTime-ın əldə etdiyi məlumata görə, L.Hüseynzadə öz istəyi ilə işdən ayrılıb.

Qeyd edək ki, L.Hüseynzadə uzun müddət idi ETX-də çalışırdı. KİV-in sorğularını operativ şəkildə cavablandıran və mətbuata açıq olan şəxs kimi tanınırdı.