Ev sığortası həm əmlakı, həm də təbiəti qorumağa xidmət edir
PAŞA Sığorta ASC evlərin sığortalanması ilə yanaşı, hər sığortalının adına bir ağacın əkilməsini nəzərdə tutan "Yaşıl Azərbaycan" əmlak sığortası məhsulunu təqdim edir.
Şirkətin məlumatına görə, məhsul Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və digər regionlar üçün "Çinar", "Cökə" və "Zeytun" paketlərində təklif olunur. Paketlərin illik qiyməti regiondan asılı olaraq 79-199 AZN arasında dəyişir. Sığorta yanğın, partlayış, oğurluq, subasma, zəlzələ, sel, fırtına, qısaqapanma və üçüncü şəxslərin vurduğu zərərlər də daxil olmaqla müxtəlif riskləri əhatə edir.
PAŞA Sığorta bildirir ki, məhsul ev üçün 150 min AZN-dək sığorta təminatı, ev əşyalarının sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyət təminatı, yaşayış üçün yararsız hala düşən evlər üzrə kirayə haqqının ödənilməsi və sığorta haqqının hissə-hissə ödənilməsi imkanını da təqdim edir.


