VAKANSİYA - Stomatologiya üzrə tibb bacıs
???????????????????? ???????????????????????????? ???????????? ???????????????????????????? ???????????????????????? komandamıza Stomatologiya üzrə Tibb bacısı axtarırıq.
Vəzifələr:
Həkim-stomatoloqa müayinə və prosedurlar zamanı assistentlik etmək
Stomatoloji alətlərin hazırlanmasını və sterilizasiyasını təmin etmək
Pasiyent məlumatlarının qeydiyyatını və təqibini aparmaq
Klinikanın sanitar-gigiyenik qaydalarına riayət olunmasını təmin etmək
Tələblər:
Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibbi təhsil
Stomatologiya sahəsində minimum 6 ay iş təcrübəsi
Azərbaycan və rus dillərini bilmək (rus dili mütləqdir)
Pasiyentlərlə nəzakətli və diqqətli ünsiyyət bacarığı
Alətlərin sterilizasiyası və həkimə assistentlik bacarığı
Operativ, məsuliyyətli və intizamlı olmaq
Komanda ilə işləmək bacarığı
Şərtlər:
Tam ştat
İş günləri: Həftədə 6 gün saat 09:00 dan 18:00 dək
Bazar istirahət günləri (əlavə icazə saatlarda verilir)
Əmək haqqı: 600 AZN (net) + əməliyyatlara görə əlavə ödəniş
Əlavə güzəştlər mövcuddur
Ünvan: Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 13
Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində "Stomatologiya üzrə tibb bacısı" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.


