Fərdi uçota alınmış sığortaolunanların sayı 2 ayda 23 min nəfər artıb

Fərdi uçota alınmış sığortaolunanların sayı 2 ayda 23 min nəfər artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların sayı 22,7 min nəfər artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bu il martın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.

Xatırladaq ki, ötən il Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfərdən çox və yaxud 3,2 % artıb.