Gəncədə müasir regional vəkil kompleksi açılacaq

Gəncədə müasir regional vəkil kompleksi açılacaq

Bu il Gəncədə müasir regional vəkil kompleksinin açılışını həyata keçirəcəyik.

Bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, hazırda əsaslı təmir işləri həyata keçirilir: “Gəncə Prokurorluğunun keçmiş tarixi binası Vəkillər Kollegiyasına verilib və orada əsaslı təmir işləri həyata keçirilir. İlin sonuna qədər həmin binanın açılışını etməklə respublikamızın qərb bölgəsində fəaliyyət göstərən vəkillər üçün bütün lazımi şərait yaradacağıq”.