Azərbaycanda 9 min 900-dək əcnəbi tələbə təhsil alır

Azərbaycanda 9 min 900-dək əcnəbi tələbə təhsil alır

2023-cü ildə Azərbaycanda 110 ölkədən 9 min 900-dək əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələbələr Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələrdəndir. 2022-ci ildə onların sayı 8 min 900 nəfər, 2015-2016-cı tədris ilində isə 4 min 326 nəfər olub. Bu isə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının artdığını göstərir